Çarlz Britaniyanın kralı oldu

Çarlz Britaniyanın kralı oldu
2422 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, bu gün Britaniya Kraliçası II Yelizaveta vəfat edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ölümündən sonra Kraliçanın böyük oğlu və varisi, keçmiş Uels şahzadəsi Çarlz Britaniyanın kralı olub. 

Yelizaveta vəfatından əvvəl isə 73 yaşlı Çarlzın xanımına Kamillaya Kraliça konsort (Kraliça həyat yoldaşı) titulunu vermişdi. 

Ənənəyə görə, yeni monarxın tacqoyma mərasimi gələn il taxta çıxdıqdan sonra olacaq.

Qeyd edək ki, Çarlz Britaniya taxtına çıxan ən yaşlı varisdir.