II Yelizavetanın ömür yolu - Fotolar

II Yelizavetanın ömür yolu - Fotolar
2385 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, bu gün Böyük Britaniya kraliçası II Elizabeta Şotlandiyanın Balmoral qəsrində 96 yaşında vəfat edib.

Axşam.az xəbər verir ki, kraliçayla vida mərasimi 10 gün sonra baş tutacaq. 

Qeyd edək ki, Elizabeta 1926-ci il aprelin 21-də York hersoqu və hersoginyasının (sonradan Kral VI Corc və Kraliça Konsorti Elizabet) ailəsində anadan olub. Onun atası 1936-cı ildə qardaşı Kral VIII Eduard taxtdan imtina etdikdən sonra taxta çıxıb. Beləliklə, II Elizabet də onun varisinə çevrilib. O, evdə fərdi təhsil alıb. İkinci Dünya müharibəsi illərində Yardım Ərazi Xidmətində işləyib və ictimai funksiyalarının icrasına başlayıb.

II Elizabeta 1952-ci il fevralın 9-da taxta oturub. O, 14 müstəqil dövlətin - Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Solomon adaları, Tuvalu, Yamaykanın monarxı olub.1947-ci ildə şahzadə Elizabeta toydan bir gün öncə Edinburq hersoqu titulunu alan leytenant Filipp Mountbattenlə ailə qurub. Onların dörd övladı var: Uels şahzadəsi, vəliəhd Çarlz, şahzadə Anna, York hersoqu şahzadə Endrü və Uesseks qrafı şahzadə Edvard. Kraliçanın həyat yoldaşı Filipp ötən il aprelin 9-da vəfat edib. Onların evliliyi 73 il davam edib. 

İkinci dünya müharibəsində o könüllü kimi hərbi taksi sürücüsü işləyib. Çünki, kral ailəsi ölkənin müdafiəsində birbaşa iştirak etməli idi. Kraliça bir sıra mühüm səlahiyyətlərə malik olmasına baxmayaraq, əksər hallarda nümayəndə funksiyalarını yerinə yetirirdi. Lakin Böyük Britaniya konstitusion monarxiya olduğundan o, baş nazir və ya müşavirlərlə məsləhətləşdikdən sonra səlahiyyətlərini həyata keçirirdi. Birləşmiş Krallıqdakı Ülyahəzrətin tam titulu belədir: "Ülyahəzrət İkinci Elizabeta, Allahın lütfü ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və onun digər krallıq və mülklərinin Kraliçası, Birlik Başçısı, inancın qoruyucusu”.

II Elizabet həyatı boyu müxtəlif titullar daşıyıb. Kral nəvəsi, kral qızı, hersoq Filipin həyat yoldaşı və kraliça (monarx). O, Kanadada Kanada kraliçası, Avstraliyada Avstraliya kraliçası və s. adlandırılırdı. Normand adalarında və Men adalarında o, Normandiya hersoqu və Allah adamı titulunu daşıyırdı.