Xəbər verdiyimiz kimi, ötən gün Böyük Britaniya kraliçası II Yelizabet vəfat edib.
Axşam.az xəbər verir ki, şahzadə Harrinin Kraliçanın ölümündən əvvəl onunla vidalaşa bilməyib. O, həyat yoldaşı Meqan Marklla birlikdə Böyük Britaniyada olsa da, Balmorala çox gec gəlib. Belə ki, kral ailəsi Kraliçanın ölümünü elan edəndə o, Şotlandiyaya gedən təyyarənin göyərtəsində olub. Harri Balmorala axşam saat 19:52-də gəlib və II Yelizabetin ölümünə yas tutan digər ailə üzvlərinə qoşulub.
Nənəsinin ölüm xəbərindən sonra kədərlənən şahzadə hava limanında avtomobildə olarkən obyektivlərə tuş gəlib.
Britaniya mediası Şahzadə Harrinin gecikməsinin qardaşı Şahzadə Uilyamla gərginliyi daha da artıra biləcəyini də ehtimal edir.
Qeyd edək ki, şahzadə harri rütbəsindən imtina edərək, həyat yoldaşı ilə saraydan ayrılıb.

