Türkiyəli aktrisa Nursel Kösenin başına bədbəxt hadisə gəlib.
Axşam.az xəbər verir ki, film çəkilişinə hazırlaşan aktrisa üzünə və qollarına odekolon çəkib. Bundan sonra həmin bölgələrdə qızarma və şişkinlik müşahidə olunub. Bunun ardınca çəkiliş dayandırılıb və aktrisanı xəstəxanaya aparıblar. Müayinə sonunda Nurselin odekolona qarşı allergiyasının olduğu ortaya çıxıb.
Qeyd edək ki, aktrisa sonuncu dəfə "Üç kuruş" serialında "Neriman" obrazını canlandırıb.
