Türkiyəli müğənni Hadisəylə həyat yoldaşı Mehmet Dinçerlerin ayrılıb, ayrı evlərdə yaşadıqlarıyla bağlı xəbərlərdən sonra daha bir iddia ortaya çıxıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Söylemezsem olmaz" verilişini aparıcısı Bircan Bali sənətçinin 3.5 aylıq hamilə olduğunu söyləyib.
Hadisə isə sosial şəbəkədə paylaşım edərək, xəbərlərin yalan olduğunu bildirib.