Kraliça II Elizabetin ölümündən sonra kral ailəsində bir çox şey dəyişməyə başlayıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Kraliçanın Şotlandiyanın Balmoral qəsrində dünyasını dəyişməsinin ardından bütün uşaqları və böyük nəvələri günortadan sonra oraya axışdılar.
Şahzadə Uilyam nənəsi ilə vidalaşmağa ilk gələnlərdən olub. Onun atası, indi Kral Çarlz III adlandırılmalı olan Şahzadə Çarlz yeni monarx elan edilib. Dəyişikliklər Uilyamın tituluna da təsir edib.
Kraliçanın ölümündən sonra şahzadə Uilyam taxtın ilk varisi olub. İndi o və həyat yoldaşı Keyt Kembric hersoqu və hersoginyası yox, Kornuoll hersoqu və hersoginyasıdır. Cütlüyün Uels şahzadəsi titullarını da miras alacağı gözlənilir. Dünənə qədər yalnız Çarlz bu titula sahib idi. Və onun həyat yoldaşı, yeri gəlmişkən, indi kraliça yoldaşıdır.
Qeyd edək ki, Britaniya kralı III Çarlz böyük oğlu Uilyama Uels şahzadəsi titulunu verib.