İlon Maskın tviteri almamasının daha bir səbəbi ortaya çıxdı

İlon Maskın tviteri almamasının daha bir səbəbi ortaya çıxdı
342 dəfə oxunub
  • A-
  • A
  • A+

"Tesla" və "SpaceX" şirkətlərinin qurucusu, amerikalı milyarder İlon Mask tvitteri satın almamaq üçün daha bir səbəb tapıb.

Axşam.az xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb. tvitterin şirkətin keçmiş təhlükəsizlik şefi Peter Zatkoya 7,75 milyon dollar təzminat ödəməsi müqaviləni pozmaq üçün yeni səbəb olub. Sahibkarın vəkilləri bildiriblər ki, sosial şəbəkə Maskın razılığını almadan belə məbləğləri ödəmək hüququna malik deyil. Bununla da tvitter şərtləri pozub. Biznesmenin nümayəndələri izah ediblər ki, o, Zatkoya görə ödənişi “aradan qaldıra” bilməməsi ilə əlaqədar sövdələşməni başa çatdırmaq məcburiyyətində deyil.

Daha əvvəl Maskın vəkilləri Zatkonun şirkət rəhbərliyini kibertəhlükəsizlik qaydalarının pozulması ilə bağlı məlumatları gizlətməkdə günahlandıran bəyanatına görə sövdələşmənin mümkünsüzlüyü barədə məlumat vermişdilər. Onlar tvitter-in məlumatların məxfiliyi və istehlakçıların müdafiəsi qanunlarına əməl etməməklə müqavilənin şərtlərini pozduğunu vurğulayıblar.

İyulda şirkətin Maskı sövdələşməni tamamlamağa məcbur etmək üçün məhkəməyə müraciət etmək planları məlum olub. Bu qərarla milyarder sosial şəbəkəni almaqdan imtina edib.