Yarışmada hamını təəccübləndirən evlilik təklifi

Yarışmada hamını təəccübləndirən evlilik təklifi
1430 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Kənan İmirzalıoğlunun aparıcılıq etdiyi "Kim milyoner olmaq istəyir" proqramında gözlənilməz an yaşanıb. 

Axşam.az türk mediasına istinadən xəbər verir ki, parkda mühafizəçi işləyən Erol Yılmaz adlı yarışmaçı sevgilisinə evlilik təklifi edib. Dördüncü suala çatan Erola "Trabzona xas bir desertin adı nə idi?" sualı verilib.

Kömək hüququndan istifadə edən yarışmaçı sevgilisi Damlanın atasına zəng edib. O, əvvəl kişidən qızına sual verib, verməmək üçün icazə alıb. Sonra studiyada olan sevgilisinə evlilik təklifi edib.

Evlilik təklifini təəccüblə qarşılayan Damla "hə" cavabını verib. Beşinci sualda oyundan çəkilən Yılmaz ən böyük hədiyyəsini aldığını deyib.