Türkiyəli aktyor Ali Sürmelinin anasının hansı səbəbdən intihar etdiyi bəlli olub.
Axşam.az xəbər verir ki, sənətçinin 82 yaşlı anası Akçe Sürmeli bağırsaq xərçəngindən əziyyət çəkirmiş. Bu barədə A.Sürmelinin qardaşı anasının dəfnində danışıb. O, anasının ağrılara dözmədiyi üçün intihar etdiyini deyib:
"Anam 2 ildə iki ağır əməliyyat keçirdi. Anam bağırsaq xərçəngi əməliyyatlarından sonra ağrıya dözə bilmədi, çox kədərliyik".
Qeyd edək ki, aktyorun anası Derincedəki evinin həyətində ağacdan asaraq həyatına son qoyub.