Kraliça II Elizabetin ölümünün ardından bütün ailə bir araya toplanıb.
Axşam.az xəbər verir ki, bu gün Şahzadələr Uilyam və Harri həyat yoldaşları Keyt Middlton və Meqan Marklla birgə Vindzor qalasının darvazaları qarşısında nənələrinə ehtiramlarını bildirənlərlə salamlaşıb və kraliça üçün qoyulan güllərin olduğu guşəyə baxış keçiriblər. Onların bu ziyarəti qalanın ətrafında toplaşanlaşan vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb.
Kensinqton sarayındakı mənbə bildirib ki, dəvət Uilyamdan gəlib.
Qeyd edək ki, Uilyam, Harri, Keyt və Meqan sonuncu dəfə 2020-ci ilin martında birlikdə ictimaiyyət qarşısına çıxıb.