Türkiyəli aktrisa Hilal Altinbilek ötən gün şəxsi həyatı barədə müsahibə verib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa ilk dəfə Metin Harayla ayrılıq xəbərlərinə münasibət bildirib:
"Danışıb razılığa gələrək, ayrılmaq qərarı aldıq. Heç bir problem yoxdur. Ümid edirəm ki, ikimiz üçündə də xeyirlisi olacaq".
Qeyd edək ki, Metin daha öncə dünyaca məşhur braziliyalı model Adriana Lima ilə eşq yaşayıb.