Türkiyəli aktrisa Hülya Gülşen Irmak səhhətində problem yarandığını açıqlayıb.
Axşam.az xəbər verir ki, aktrisa avqustda beyin qanaxması keçirtdiyini bildirib.
"Avqust 6-da başıma gəlməz deyəcəyim bir hadisə yaşadım və beynimdə qan sızması oldu. Həyat mənə ikinci şans verdi. İndi mənim bir vəzifəm var; bu şansdan maksimum yararlanmaq. Ömrümün bu dönəmində təşəkkür etmək istədiyim o qədər insan var ki... Həyat gözəldir, bunu arada xatırlayaq, olarmı?" deyə, o, paylaşımında deyib.
Qeyd edək ki, Hülya sonuncu dəfə "Maria ile Mustafa" adlı ekran işində Feriha obrazını canlandırıb. Onun qızı Naz Çağla Irmak da aktrisadır.