Şahzadə ilk dəfə nənəsinin ölümünü şərh etdi

Şahzadə ilk dəfə nənəsinin ölümünü şərh etdi
1306 dəfə oxunub
  • A-
  • A
  • A+

Şahzadə Harri nənəsi Kraliça II Elizabetin ölümünə ilk dəfə münasibət bildirib.

Axşam.az xəbər verir ki, o, nənəsinin ölümündən kədərləndiyini bu sözlərlə ifadə edib:

"İndi onsuz Vindzor tənhadır. Hansı otaq olursa olsun, həmişə onun varlığını hiss edirsən. Nənəm, ülyahəzrət Kraliçanın itkisinə yas tutarkən onun bir çoxları üçün mayak, vəzifə borcuna sadiqliyi ilə nümunə olduğunu xatırlayırıq. Bütün dünya da ona heyran idi və hörmət edirdi".

Harri kraliçanın mərhum həyat yoldaşı Şahzadə Filipin ölümündən sonra dediyi sözlərdən sitat gətirərək əlavə edib:

"Həyat əbədi ayrılıqdan və ilk görüşlərdən ibarətdir. Nənə, səninlə əbədi olaraq ayrıldığımız üçün çox kədərlənsək də, bütün ilk görüşlərimizə - səninlə olan ilk uşaqlıq xatirələrimdən sevimli həyat yoldaşımla (red. - Meqan Markl) görüşdüyün və nəvələrini qucaqladığın ana qədər sonsuz minnətdaram. Sizinlə keçirdiyim həmin anlar mənim üçün əzizdir. Yerin təkcə bizə deyil, bütün dünyada bilinir".

O sonda vurğulayıb ki, indi babası və nənəsi bir yerdə olduğuna görə sevinir.