Kraliçanın ölümündən sonra Uilyam və Middlton milyarder oldu

Kraliçanın ölümündən sonra Uilyam və Middlton milyarder oldu
3874 dəfə oxunub
  • A-
  • A
  • A+

Kraliça II Elizabetin vəfatından sonra nəvəsi şahzadə Uilyam və Keyt Middlton Kornuoll hersoqları titulunu alıblar.

Axşam.az xəbər verir ki, bununla yanaşı onlar öz səlahiyyətlərini genişləndiriblər. Onların maddi gücü artıb və artıq milyarder adı alıblar.

İndi Kornuol hersoqlarının sahib olduqları Qərb nəşrlərinə görə, 1,1 milyard funt-sterlinq dəyərindədir. Digər şeylər arasında külli miqdarda torpaq sahələri, meşələr, çaylar və digər aktivlər üç uşaq böyüdən Uilyam və Keytin ixtiyarına keçib.

Şahzadənin atası Çarlz III Çarlz adını alaraq taxta çıxıb. Həyat yoldaşı Kamilla Parker-Boulz Kraliça Konsorti titulunu alıb.

Qeyd edək ki, Kraliça sentyabrın 8-də 96 yaşında vəfat edib. Onun dəfn mərasimi sentyabrın 19-da Vindzor qəsrində keçiriləcək.