Hollivud ulduzu aktrisa Marşa Hant vəfat edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, amerikalı 104 yaşlı aktrisa Kaliforniyadakı evində təbii səbəblərdən dünyasını dəyişib.
Qeyd edək ki, siyasi fikirlərinə görə Hollivudun qara siyahısına düşən aktrisa 60-dan çox filmdə rol alıb. O, "Alatoranlıq zonası", "Qətli o yazdı", "Ulduz yolu", "Bu qlamur qızlar", "Qürur və qərəz", "Güzəştsiz" kimi məşhur layihələrdə çəkilib.