Kral III Çarlz və Kraliça konsort Kamilla Böyük Britaniya kraliçası II Elizabetin ölümündən sonra ilk dəfə taxta əyləşiblər.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, bu, Vestminster sarayında parlament nümayəndələri ilə planlaşdırılan görüş zamanı baş verib.
Lord Spiker və İcmalar Palatasının Sədri Əlahəzrətə müraciətlə çıxış edib və Kral Kraliçanın vəfatı ilə bağlı başsağlığına görə onlara təşəkkür edib. O, çıxışı zamanı Kraliçanın hər kəs üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini deyib.
Qeyd edək ki, Şahzadə Çarlzın Kral III Çarlz kimi rəsmi elan mərasimi şənbə günü baş tutub. Kraliça II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib. Dəfn mərasimi sentyabrın 19-da olacaq. Həmçinin dəfn mərasiminin geyim tərzi ilə bağlı bəzi detalları artıq məlum olub. Belə ki, yalnız indi kral ailəsinin yüksək rütbəli üzvləri kimi fəaliyyət göstərənlərə hərbi forma və reqaliya geyinməyə icazə veriləcək.

