"Emmi" mükafatının bu ilki qaliblərinin kimliyi bəlli olub.
Axşam.az xəbər verir ki, 74-cü dəfə keçirilən gecədə mükafatlar sahiblərinə təqdim olunub.
Mərasimdə qırmızı xalçada görünən məşhurlar arasında Zendaya, El Faninq, Amanda Seyfrid, Alexandra Daddario, Endryu Qarfild, Ben Stiller, Lili Ceyms və başqaları yer alıb.
Ümumilikdə "HBO" 10 , "Netflix" 26 mükafat əldə edib. Gecənin ən çox mükafat (6) qazananı "Euphoria" olub. "Squid Game" 6, "Stranger Things" 5, "Arcane" isə 4 mükafata layiq görülüb.