Sevgilisinin imtina etdiyi rol ona verildi

Sevgilisinin imtina etdiyi rol ona verildi
1273 dəfə oxunub
  • A-
  • A
  • A+

Yaxın zamanda yayımlanması gözlənilən "Cennetin çocukları" serialında yer alan aktyorlardan daha birinin kimliyi bəlli olub.

Axşam.az xəbər verir ki, ekran işində aktrisa İrem Helvacıoğlu rol alacaq. O, layihədə "Zeynep" obrazına həyat verəcək. İrem "Halil" obrazını canlandıran aktyor Alp Navruzun tərəf müqabili olacaq.

Qeyd edək ki, bundan əvvəl sözügedən obraz Alpın sevgilisi aktrisa Ayça Ayşin Turana təklif olunsa da o, bundan imtina etmişdi. Ayça sevgilisiylə ikinci dəfə eyni serialda rol almasının karyerasına mənfi təsir edəcəyini düşündüyünü bildirmişdi.