Məşhur fransalı rejissor Jan-Lük Qodar vəfat edib.
Axşam.az xəbər verir ki, rejissor bu gün 91 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Qodar kino aləmində “Yeni dalğa” cərəyanının əsasını qoyan rejissorlardan hesab olunur. Onun yaradıcılığına “Son nəfəsdə”, “Kiçik əsgər”, “Öz həyatını yaşamaq” kimi ekran işləri daxildir.
***
Rejissor Jan-Lük Qodar evtanaziya yolu ilə könüllü həyatdan köçüb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.