Ərəblərdən Ronaldoya 243 milyonluq təklif

Ərəblərdən Ronaldoya 243 milyonluq təklif
903 dəfə oxunub
  • A-
  • A
  • A+

"Mançester Yunayted" macərasının son mərhələsini yaşayan Kriştiano Ronaldoya Səudiyyə Ərəbistanı klubundan yüksək məbləğdə təklif gəlib. 

Axşam.az xəbər verir ki, Ronaldo hazırda klubda istənməyən oyunçu sırasındadır. Komanda yoldaşları hətta ən geci yanvara qədər onun uzaqlaşdırılmasını istəyib.

Səudiyyə Ərəbistanından olan və adı açıqlanmayan komanda futbolçuya illik 243 milyon avro maaş təklif edib. "Mançester Yunayted"lə davam edən müqaviləsinə görə ildə 31 milyon avro qazanan portuqaliyalı ulduzun indiki maaşının 8 qatı olan bu təklifə "yox" cavabı verdiyi deyilib. Bəzi mənbələr isə onun hələ cavab vermədiyini yazıb.

Ötən gün mövzu ilə bağlı "The Athletic"ə müsahibə verən Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yaser Əl-Mişehal Kriştiano Ronaldonu transfer etmək istədiyini gizlətməyib. Əl-Mişehal təcrübəli futbolçunu Ərəbistanda görmək istədiyini bildirib.