Türkiyəli məşhurlar Azərbaycana başsağlığı verdilər - Fotolar

Türkiyəli məşhurlar Azərbaycana başsağlığı verdilər - Fotolar
12026 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı zamanı hərbçilərimiz şəhid olub.

Axşam.az xəbər verir ki, şəhidlərlə bağlı ölkəmizə başsağlığı verənlər arasında türkiyəli məşhurlar da yer alıb.

Müğənni Hadisə "Azərbaycanda şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa və baş sağlığı diləyirəm" deyə, paylaşımında yazıb.

TV8 kanalının sahibi Acun Ilıcalı da xalqımıza səbr diləyib: "Azərbaycan ordusunun qəhrəman şəhidlərinə Allahdan rəhmət, qardaş Azərbaycan xalqına başsağlığı diləyirəm”.

Müğənni Alişan da paylaşım edənlər arasında yer alıb. O, postuna "Can Azərbaycan. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Ağıllanmırlar və ağıllanmayacaqlar. Sülhü və atəşkəsi fürsət bilib yenə hücum ediblər. Artıqlaması ilə cavab verilir, veriləcək də” deyə, qeyd edib.

Müğənni Sinan Akçıl isə Səidə Quliyeva ilə duet ifa etdiyi "Daima yaşa Azərbaycan" mahnısını paylaşaraq "Yenə şərəfsiz və xain erməni hücumundan sonra şəhid düşən Azərbaycan əsgərlərinə Allahdan rəhmət diləyirəm. Sən daima yaşa Can Azərbaycan" sözlərini yazıb.

Aktyor Oktay Kaynarca "Başın sağ olsun vətən Azərbaycan", müğənni Sibel Can isə "Şəhidlər ölməz" deyə, paylaşım ediblər.