Xəbər verdiyimiz kimi, türkiyəli məşhur müğənni Hadisə həyat yoldaşı Mehmet Dinçərlərlə boşanacağını təsdiqləyib.
Axşam.az xəbər verir ki, ifaçının bununla bağlı paylaşımından sonra Mehmet də mövzu ilə bağlı açıqlama yayıb:
"Çox özəl və həssas olan bu mövzuda səssiz qalmaq ən doğrusu olar deyə düşünürdüm. Gəldiyimiz vəziyyətdə isə yazılan şərhləri görəndə susmağın şəxsimə, ailəmə və özəlliklə çox əmək sərf etdiyim 1 ilimizə haqsızlıq olacağını düşünürəm.
Qarşılıqlı olaraq çox dəyər verərək başladığımız münasibətimiz sona ərmiş olsa da, bu vaxt ərzində Hadisəni sənət həyatında ən çox dəstəkləyən kişi mən olmuşam. Konsertlərini ailəm daxil ən öndən qürurla izlədiyimə hər kəs şahid olmuşkən, bu gün irəli sürülən iddiaları təəccüb içində qarşılayıram.
Evliliyi sonlandırmaq ortaq qərarımız olub.. Tək istədiyim bu müddəti hər kəs üçün xeyirli şəkildə, sayqı çərçivəsində sonlandırmaqdır. Başqa istək və tələbim olmayıb. Öz dünyama qayıtmaq addımımda hər kəsdən mənə və ailəmə sayqı göstərilməsini xahiş edirəm".
