Şeyma misirli sevgilisi ilə narkotik çəkərkən görüntüləndi - Video

Şeyma misirli sevgilisi ilə narkotik çəkərkən görüntüləndi - Video
2506 dəfə oxunub
  • A-
  • A
  • A+

Sosial media fenomeni Şeyma Subaşı uzun aradan sonra barışdığı misirli sevgilisi Mohammed Alsaloussi ilə görüntülənib.

Axşam.az xəbər verir ki, videolarda Şeymanın Mohammedin ona uzatdığı narkotik maddəni qəbul etdiyi əks olunub. Bildirilib ki, görüntülər ev şəraitində təşkil olunan əyləncə gecəsində lentə alınıb. İddia olunub ki, fenomen orada kokaindən istifadə edib.

Qeyd edək ki, Şeyma keçmiş həyat yoldaşı Acun Ilıcalıdan boşanandan sonra qızları Melisanın qəyyumluğu iş adamına verilsə də anası ilə qalır.