Maksim Qalkin “xarici agent” elan edildi

Maksim Qalkin “xarici agent” elan edildi
1233 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı teleaparıcı və komediya aktyoru Maksim Qalkin “xarici agent”lərin reyestrinə daxil edilib.

Axşam.az xəbər verir ki, bu barədə Rusiyanın Ədliyyə Nazirliyi məlumat yayıb.

Onun siyasi fəaliyyətlə məşğul olduğu və bunun üçün Ukraynadan pul aldığı iddia edilir.

Qalkin özü isə hazırda Rusiyada deyil. 

Qeyd edək ki, mart ayının əvvəlində Maksim Qalkin arvadı və uşaqları ilə birlikdə Rusiyanı tərk edib. Xaricdə olarkən teleaparıcı dəfələrlə Rusiya hakimiyyətini tənqid edib.