Kraliça ilə vidalaşmaq üçün 12 saat gözlədi - Video

Kraliça ilə vidalaşmaq üçün 12 saat gözlədi - Video
861 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur ingiltərəli keçmiş futbolçu Devid Bekhem kraliçası II Elizabet ilə vida mərasiminə qatılıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Bekhem vidalaşmaq üçün 12 saatdan çox növbədə dayanıb. O, məkana gecə saatlarında yollanıb və sadə insanlarla birlikdə sırada yer alıb. 

Növbəsi çatdıqda isə Bekhem kraliçanın tabutu yanında dayanaraq onunla vidalaşıb. Keçmiş futbolçu jurnalistlərin suallarını da cavablandırıb. O bildirib ki, ona Britaniya imperiyasının ordeninin verilməsi həyatında ən xüsusi an olub. 

Qeyd edək ki, kraliça II Elizabet sentyabrın 8-də dünyasını dəyişib. Onun cənazəsi sentyabrın 14-dən etibarən Londonda Vestminster sarayındadır. Kraliça ilə vidalaşmaq istəyənlər sentyabrın 19-na kimi saraya gələrək bunu edə bilərlər.  Kraliça sentyabrın 19-da dəfn ediləcək.