Harri və Meqan saraydakı tədbirə dəvət edilməyib

Harri və Meqan saraydakı tədbirə dəvət edilməyib
1260 dəfə oxunub
  • A-
  • A
  • A+

Şahzadə Harri və həyat yoldaşı Meqan Markl mərhum Kraliça II Elizabetin Bukingem sarayında keçirilən dəfn mərasimi öncəsi ziyafətə dəvət edilməyib.

Axşam.az xəbər verir ki, bu haqda ingilis mediası məlumat yayıb. Tədbirin təşkilatçısı Kral III Çarlzdır. Qəbula ABŞ prezidenti Co Bayden və Fransa prezidenti Emmanuel Makron da daxil olmaqla dünya liderləri və kral ailəsinin digər üzvləri dəvət olunub.

Nəşrin məlumatına görə, əvvəlcə orada Sasseks hersoqları olmalı idi, lakin sonra kral köməkçiləri onlara qəbula yalnız işləyən ailə üzvlərinin dəvət edildiyini bildiriblər.

Qeyd edilib ki, hersoqların vəzifələrindən imtina etdiyi üçün Harri və Meqandan protokola əməl etmək və bu tədbirdə iştirak etmək tələb olunmur.

Böyük Britaniya kraliçası II Elizabetin dəfn mərasimi sentyabrın 19-da Londonda keçiriləcək. Daha əvvəl bildirilmişdi ki, Meqan və Harrinin uşaqlarının titulları ilə bağlı qərar kraliça üçün matəm başa çatdıqdan sonra açıqlanacaq.