Nəvələri II Elizabetlə vidalaşdı - Fotolar

Nəvələri II Elizabetlə vidalaşdı - Fotolar
3605 dəfə oxunub
  • A-
  • A
  • A+

Kraliça II Elizabetlə vida mərasimi davam edir. Bu gün isə onun nəvələri vidalaşmaq üçün tabutun qoyulduğu məkana yaxınlaşıblar. 

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Londonun Vestminster sarayına böyük kortejlə gələn II Elizabetin nəvələri içəri daxil olublar. Şahzadə Uilyam birinci sırada yer alıb. Onun ardınca kiçik qardaşı Şahzadə Harri, ardınca şahzadələr Beatris və Eugenie (Şahzadə Endrünün qızları), Ledi Luiza Vindzor və Ceyms, Vikont Severn (Şahzadə Eduardın uşaqları), Zara Tindall və Piter Fillips (Şahzadə Annanın uşaqları) gəlib.

Kral III Çarlz şahzadə Harriyə mərasim üçün hərbi forma geyinməyə icazə verib. Xatırladaq ki, Əfqanıstanda xidmət etmiş hərbi akademiya məzunu Harri 2020-ci ildə kral səlahiyyətlərindən imtina etdikdən sonra bu hüququnu itirmişdi.

Bir gün əvvəl onun övladları II Elizabetin tabutu önündə fəxri qarovul dəstəsində iştirak ediblər.

Kraliçanın dəfn mərasimi sentyabrın 19-da olacaq.