Yağışa görə planları pozulan Ledi Qaqa ağladı - Video

Yağışa görə planları pozulan Ledi Qaqa ağladı - Video
797 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı müğənni-aktrisa Ledi Qaqa sonuncu konserti hava şəraiti ilə bağlı baş tutmadığı üçün ağlayıb.

Axşam.az xəbər verir ki, bu barədə o sosial media hesabında paylaşım edib. O, şiddətli fırtına səbəbindən insanların təhlükəsizliyi üçün səhnəni tərk etməli olduğunu bildirib. Qaqa videoda göz yaşlarına hakim ola bilməyib və ağlayıb.

İfaçı Mayamidəki konsertinin baş tuta bilməməsinə kədərlənsə də, insanların təhlükəsizliyinin daha vacib olduğunu vurğulayıb.