Ailəsi ilə arasında uzun müddətdir soyuq münasibətlər olan şahzadə Harri II Elizabetin ölümündən sonra ölkəsinə qayıdıb.
Axşam.az xəbər verir ki, Kraliçanın dəfn mərasimi üçün özəl əsgər geyimi geyinməsinə icazə verilən Harri ilə bağlı bir çox xəbərlər yayılıb. Bildirilib ki, nənəsinin ölüm xəbəri ən son ona çatdırılıb.
Kral ailəsindən yayılan xəbərlərlə bağlı açıqlama gəlib. "Daily Mail"də yer alan açıqlamada bildirilib ki, Kraliçanın dəfn mərasimi ərəfsində bu cür məlumatların dolaşması ona qarşı hörmətsizlikdir. Əlavə edilib ki, Harriyə gec xəbər verilməsinə səbəb onun həmin ərəfədə təyyarədə olması olub.