Kraliçanın dəfn mərasimi başa çatdı - Yenilənib+Video

Kraliçanın dəfn mərasimi başa çatdı - Yenilənib+Video
2799 dəfə oxunub
  • A-
  • A
  • A+

Sentyabrın 8-də vəfat edən Kraliça II Elizabet bu gün dəfn olunacaq.

Axşam.az xəbər verir ki, dəfn mərasimi artıq başlayıb. Britaniya saatı ilə 11:00-da başlayan mərasim üçün artıq kral ailəsi günlərdir hazırlaşır.

Mərasimi izləmək üçün növbəyə düzülən vətəndaşlar gecə saatlarından küçədədirlər. Kraliçanın nəşinin yer aldığı tabut top maşınının üstündə və əsgərlərin müşayiətində dəfn olunacaq yerə aparılır.

***

Böyük Britaniya Kraliçası II Elizabetin dəfn mərasimi başa çatıb.

Onun tabutu Vindzor qəsrinin ərazisində yerləşən Müqəddəs Corc ibadətgahındakı kral məzarına endirilib. 

II Elizabetin dəfn mərasimi ilə bağlı keçirilən kütləvi tədbirlər Böyük Britaniya himninin oxunması ilə sona çatıb. 

Kraliça mərhum əri Edinburq hersoqu Filipin yanında torpağa tapşırılacaq.