Meqan Markl II Elizabetin dəfn mərasimində - Fotolar

Meqan Markl II Elizabetin dəfn mərasimində - Fotolar
1600 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, hazırda İngiltərədə Kraliça II Elizabetin dəfn mərasimi keçirilir.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, mərasimdə kral ailəsinin digər üzvləri ilə birlikdə şahzadə Harri və Meqan Markl da iştirak edib.

Şahzadə Harriyə əmisi Şahzadə Endryu kimi dəfn mərasimində hərbi formada görünməyə icazə verilməyib. Buna səbəb hər ikisinin bundan əvvəl fəxri hərbi titullardan məhrum edilməsidir. Harri Böyük Britaniyanı tərk edərək krallıq vəzifələrindən istefa vermişdi. Endryu isə seks qalmaqalına görə kral ailəsinin titullarından məhrum edilib. 

Şahzadə Harri atası Kral III Çarlzdan bir dəfə hərbi forma geyinməyə icazə alıb. Belə ki, o, yalnız Kraliçanın dəfn mərasimi ərəfəsində II Elizabetlə vidalaşarkən hərbi forma geyinib.