Xəbər verdiyimiz kimi, türkiyəli iş adamı, "TV8" kanalının sahibi Acun Ilıcalı motosiklet qəzası keçirib.
Axşam.az xəbər verir ki, qızı Banu ilə birgə qəzadan sonra özəl xəstəxanaya aparılan iş adamının qolunun sındığı bildirilib. Bu səbəbdən sahib olduğu "Hull City" klubu Acunun əməliyyat olunacağını açıqlayıb.
Qeyd edək ki, iş adamı ötən gün motosiklet idarə edərkən qarşı tərəfdən gələn avtomobillə toqquşub.
