Kraliça II Elizabetin dəfn mərasimində Bukinqem sarayında anım mərasimində iştirak edən dövlət başçıları və xarici qonaqlar üçün nəzərdə tutulmuş təntənəli qəbul təşkil olunub.
Axşam.az xəbər verir ki, qəbul zamanı Uelsin yeni şahzadəsi Keyt Middlton Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşüb.
Qeyd edək ki, bu, tərəflərin ilk görüşü deyil. İkili daha əvvəllər də görüşüblər. Ukrayna Prezidenti Volodimir Zelenski və Zelenskaya 2020-ci ildə Londona səfəri zamanı Şahzadə Uilyamla Middltonun qonağı olublar. Ukraynada hərbi xüsusi əməliyyat başlayandan sonra Keyt və Uilyam Ukraynaya dəstək veriblər və bu ölkənin Londondakı mədəniyyət mərkəzinə baş çəkiblər.