Middlton və Meqan Kraliçanın aksesuarlarını taxdı - Fotolar

Middlton və Meqan Kraliçanın aksesuarlarını taxdı - Fotolar
2456 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Kraliça II Elizabet ötən gün dəfn olunub.

Axşam.az xəbər verir ki, mərasimdə diqqət çəkən nüanslardan biri də kral ailəsinin gəlinlərinin Kraliçaya məxsus akseuarları taxması olub. 

Uelsin yeni şahzadəsi Keyt Middlton bir vaxtlar II Elizabetə məxsus olan zinət əşyalarından istifadə edib. O, 1970-ci illərdə "Garrad"ın zərgərləri tərəfindən hazırlanmış dörd saplı mirvari boyunbağı, həmçinin mirvari sırğaları taxıb. Aksesuarlar üçün mirvariləri Bəhreyn şeyxi II Elizabetə Şahzadə Filiplə toyunda hədiyyə olaraq təqdim edib. Middlton ötən il kraliçanın həyat yoldaşı Filipin dəfnində də eyni aksesuarlardan istifadə etmişdi.

Bundan başqa Middlton matəm geyimi üçün xüsusi sifarişlə tikilmiş "Alexander McQueen" paltarını seçib (red. - o, bu il Kraliçanın platin yubileyini qeyd etmək üçün sözügedən libasın ağ variantını geyinmişdi). O, görünüşünü "Gianvito Rossi" ayaqqabısı və "Philip Treacy" papağı ilə tamamlayıb.

Şahzadə Harrinin həyat yoldaşı hersoqinya Meqan Markl isə dəfn mərasimində Kraliçanın ona hədiyyə etdiyi sırğaları taxıb. Kraliça Susseks hersoginyasına brilyant qaşlı mirvari sırğaları 2018-ci ildə - Harri ilə toyundan sonra verib. II Elizabet onları ilk birgə nəşrlərinin şərəfinə Meqana təqdim etmişdi.

O, paltarını "Stella McCartney capes"dən seçib. Meqan bu libasın tünd mavi çalarını 2018-ci ildə II Elizabetin 92-ci ildönümü şərəfinə keçirilən konsertdə də geyinmişdi. O, imicini "Stiven Consun" emalatxanasında hazırlanmış papaqla tamamlayıb. Eyni baş aksesuarının ağ rəngini hersoginya bu il Kraliçanın Platin Yubileyini qeyd edərkən də geyinmişdi.