Rusiyanın Əməkdar artisti faciəli şəkildə vəfat etdi

Rusiyanın Əməkdar artisti faciəli şəkildə vəfat etdi
2247 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Əməkdar artisti, rejissor Sergey Puşkepalis bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, 56 yaşlı aktyorun ölümü ilə bağlı "Baza" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, hadisə sentyabrın 20-də, günorta saatlarında, Yaroslavl vilayətində, M-8 avtomobil yolunda baş verib. İlkin məlumata görə, qəzaya səbəb yük maşınının qarşı zolaqda hərəkətdə olan minik avtomobili ilə toqquşması olub. Nəticədə aktyor həyatını itirib. Yük maşınının sürücüsü reanimasiyadadır.

Qeyd edək ki, Sergey həm də Yaroslavl Volkov Teatrının bədii rəhbəri idi. O, Aleksey Popoqrebskinin "Sadə şeylər" və "Bu yayı necə keçirdim" filmlərinin çəkilişləri sayəsində məşhurlaşıb. Evli idi, bir oğlu var.