Xəbər verdiyimiz kimi, rusiyalı teleaparıcı və komediya aktyoru Maksim Qalkin “xarici agent”lərin reyestrinə daxil edilmişdi.
Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, bundan sonra Rusiyanın Xalq artisti Alla Puqaçova ərinə dəstək olmaq üçün özünün də bu siyahıya salınmasını Ədliyyə Nazirliyindən xahiş etmişdi.
Puqaçovanın bu müraciəti ona baha başa gəlib. Belə ki, Moskva sakinlərindən biri müğənninin bu sözləri ilə rus ordusunu təhqir etdiyini bildirərək polisə şikayət edib.
Hazırda Puqaçovanın hüquqa zidd fəaliyyəti ilə bağlı araşdırmaya başlanılıb.