Rusiyalı 59 yaşlı müğənni-bəstəkar Qriqori Leps baba olub.
Axşam.az xəbər verir ki, bu barədə sənətçi teleqram səhifəsində məlumat verib:
"İlk dəfə baba oldum. Böyük qızım İnqanın oğlu dünyaya gəldi. Övladımın və nəvəmin səhhəti yaxşıdır".
Qeyd edək ki, İnqa Lepsin ilk evliliyindən olan övladıdır. Onun ikinci həyat yoldaşıyla nikahından isə 3 uşağı dünyaya gəlib. Müğənni sonuncu həyat yoldaşından bu yaxınlarda boşanıb.