"Kaluş"a ikinci dəfə "Avroviziya" mükafatı verildi

"Kaluş"a ikinci dəfə "Avroviziya" mükafatı verildi
376 dəfə oxunub
  • A-
  • A
  • A+

"Avroviziya 2022" mahnı müsabiqəsinin qalibi olan Ukraynanın "Kaluş" qrupuna yenidən yarışmanın kristal kuboku təqdim edilib.

Axşam.az xəbər verir ki, bu haqda onların fan səhifələri məlumat yayıb. Eyni zamanda qrup üzvləri Ukrayna şəhərlərini həmin kubokla gəzəcəklərini deyiblər. Onlar bildiriblər ki, fanatlar həmin mükafatla şəkil çəkdirmək şansı əldə edəcəklər.

Qrup üzvü Kilimmen bildirib ki, getməyi planlaşdırdığı şəhərlər sırasında Lvov, İvano-Frankivsk, Kiyev, Kaluş, Çernivtsi və Vinnitsa yer alır:

"Qələbədən sonra biz istəyirdik ki, müsabiqə mükafatı da Ukraynanın müharibədə qələbəsini sürətləndirməkdə mühüm rol oynasın. Bu səbəbdən komandamız kristal mikrofonu hərraca çıxarmaq qərarına gəlib. Müsabiqənin təşkilatçılarının bizim üçün sürətlə ikinci bir mükafat hazırlaması sürpriz oldu. Biz istəyirik ki, hər bir ukraynalı bu kubokla şəkil çəkdirə bilsin".

Qeyd edək ki, "Kaluş" qrupu "Stefaniya" mahnısı ilə yarışmada birinci olub.