"Saçlarımızı dalğalandıran külək şahidimiz olsun" - Fotolar

"Saçlarımızı dalğalandıran külək şahidimiz olsun" - Fotolar
2242 dəfə oxunub
  • A-
  • A
  • A+

İranda sentyabrın 16-sı əxlaq polisi tərəfindən zorakılığa məruz qalan və dünyasını dəyişən 22 yaşlı Məhsa Əmini ilə bağlı dəstək paylaşımları olunmaqda davam edir.

Axşam.az xəbər verir ki, 22 yaşlı gənc qızın baş örtüyünü düzgün bağlamadığı üçün qətlə yetirilməsinə etiraz edənlər arasında türkiyəli ulduzlar da yer alıb. Onlar arasında Burcu Biricik Yetkin, Demet Evgar, Gokhan Alkan, Aslı Turanlı, Sezin Akbaşoğulları, Uraz Kaygılaroğlu, Sinan Tuzcu və Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə də olub.

D.Evgar "Azadlığına maneə olan qaranlıqdan irəlidəsiniz indi. Və biz - bacıların o qaranlığı mavi səmanın altında aydınlatacağıq. Saçlarımızı dalğalandıran külək şahidimiz olsun" deyə, paylaşımında yazıb.