Bella Məhsa Əminidən yazdı: “Buna layiq deyildin”

Bella Məhsa Əminidən yazdı: “Buna layiq deyildin”
2913 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur model Bella Hadid İranda sentyabrın 16-sı əxlaq polisi tərəfindən zorakılığa məruz qalan və dünyasını dəyişən 22 yaşlı Məhsa Əmini ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, model onun fotosunu sosial şəbəkədə yayımlayaraq bunları yazıb: 

“Məkanın cənnət olsun. Buna layiq deyildin. Ailəsinə və sevdiklərinə səbr diləyirəm”.