Conni Deppin onunla sevgili olduğu iddia olunur

Conni Deppin onunla sevgili olduğu iddia olunur
525 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Conni Deppin vəkillərindən biri Coel Riçlə eşq yaşadığı iddia olunub.

Axşam.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.  

Bildirilib ki, Depp keçən il İngiltərədə "The Sun" nəşrinə qarşı məhkəmədə onu müdafiə edən vəkili Riçlə münasibətdədir. Həmçinin, Riç Deppi dəstəkləməyə və Virciniya ştatında Hörd əleyhinə keçirilən son məhkəmə prosesinə gəlib. Jurnalistlərin çəkdiyi fotolarda onların bir-birinə yaxın olmaları, hətta bir kadrda aktyorun əlini Riçin kürəyinə qoyub, onun qarşısından keçməsinə icazə verməsi diqqət çəkib. 

Maraqlı məqam odur ki, o, bu prosesdə Deppin komandasının bir hissəsi deyildi. Məhkəmə zamanı onlar da eyni hoteldə qalıblar.

Xatırladaq ki, aktyorun daha əvvəl Virciniya ştatında keçmiş həyat yoldaşı, amerikalı aktrisa Ember Hördlə qalmaqallı məhkəmə işində ona yardımçı olan vəkil Kamila Vasquezlə münasibətdə olduğu deyilsə də, şayiələr təsdiqini tapmamışdı.

Qeyd edək ki, Riç müştəriləri arasında Şahzadə Harri və hersoqinya Meqan Marklın da olduğu "Schillings" beynəlxalq hüquq şirkətinin ortağıdır.