Anasını qətlə yetirən aktyor ömürlük həbs olundu

Anasını qətlə yetirən aktyor ömürlük həbs olundu
1893 dəfə oxunub
  • A-
  • A
  • A+

"Riverdale" ekran işinin aktyoru, 24 yaşlı Rayan Qrantem anasını öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilib. 

Axşam.az xəbər verir ki, məhkəmə aktyoru anasının qətlində ikinci dərəcəli təqsirli bilib. Həmçinin, o, 14 il müddətində şərti azadlığa buraxıla bilməyəcək.

Hazırda Rayan həbsxanada psixiatrik müalicə alır.

Qeyd edək ki, aktyor anasını pianoda ifa edərkən başından güllələyərək öldürəndə aktyorun 21 yaşı var idi.