Aktrisa eks-ərini yenidən məhkəməyə verdi

Aktrisa eks-ərini yenidən məhkəməyə verdi
1399 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Dəniz Uğur keçmiş həyat yoldaşı Reha Muhtarla yeniden məhkəməlik olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qızı Minaya şiddət gösterdiği üçün uzaqlaşdırma qərarı aldıran aktrisa Rehanın qərarı ləğv etdirməsinin ardınca yenidən qoruma tələb edib. D.Uğur "övladlarım mənimlə olmaq istəyir, onları yanımdan ayırmıram. Çəkilişdə belə yanımdadırlar" deyə, açıqlama verib.

Qeyd edək ki, cütlüyün 2 əkiz övladı var. Mina daha öncə hakimə çıxışında bunları söyləmişdi:

"Atam məni 4 ildir döyür. Ona nifrət etdiyimi düşünür, ruh halına görə mənə şiddət göstərir. Məni dişləyir, stəkanı üzərimə atır, dəmirlə ayağıma vurur. Saçımdan tutaraq məni yerə uzadır və başıma vurur. Səbəbsiz yerə təhqirlər edir".