Stallone boşanmamaq üçün əlindən gələni etdi

Stallone boşanmamaq üçün əlindən gələni etdi
2349 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Silvestr Stallone həyat yoldaşı Cennifer Flavin ilə boşanmaq üçün ərizə verdikdən bir ay sonra yenidən barışıb.

Axşam.az xəbər verir ki, bu haqda aktyorun işçilərindən biri "page six" nəşrinə açıqlamasında deyib. Bildirilib ki, cütlük evdə bir araya gəliblər və danışaraq problemləri aradan qaldırıblar. 

"İndi onlar çox xoşbəxtdir. Artıq ayrılıq yoxdur" deyə, məndə əlavə edib. 

Qeyd edək ki, avqustda model Cennifer Flavin 25 illik evlilikdən sonra Silvestr Stallone ilə boşanmaq üçün məhkəməyə müraciət edib. O, ərini “ailə əmlakını qəsdən israf etməkdə” ittiham edib və maddi təzminat istəyib. Silvestr Stallone və Cennifer Flavin 1997-ci ildə evlənib və üç qızı var: Sofiya, Sistine və Skarlet.