İlon Maskın cinsiyyətini dəyişən oğlu ilk dəfə görüntüləndi - Fotolar

İlon Maskın cinsiyyətini dəyişən oğlu ilk dəfə görüntüləndi - Fotolar
6584 dəfə oxunub
  • A-
  • A
  • A+

Tesla və SpaceX şirkətlərinin qurucusu İlon Maskın atasının soyadından imtina edərək, cinsiyyətini dəyişən oğlu Vivian Santa-Monikada (Kaliforniya) gəzərkən fotoqrafların obyektivinə tuş gəlib.

Axşam.az xəbər verir ki, o, tünd şalvar və boş tünd yaşıl rəngli köynək geyinib. O, yaradıcısı atasının olduğu Tesla avtomobili idarə edib.

Qeyd edək ki, bu ilin iyununda məlum olub ki, Vivian öz adını dəyişmək və milyarderin adından imtina etmək qərarına gəlib. O, qərarını “bioloji atası ilə yaşamaması və onunla heç bir əlaqəsi olmaq istəməməsi” ilə izah edib. O, həmçinin "gender şəxsiyyətinin uyğunsuzluğu" səbəbindən transgender keçidinə başlamaq qərarını açıqlayıb. İlon Mask qızının qərarına münasibət bildirməyib.

Vivian, İlon Maskın 2000-2008-ci illərdə evli olduğu anasının qızlıq soyadını "Castin Uilson" adını götürüb. 

İlon Mask hazırda Forbes-ə görə dünyanın ən zəngin adamıdır. Onun sərvəti 271,4 milyard dollar qiymətləndirilir.