Rusiyalı jurnalist, teleaparıcı Kseniya Sobçak məşhur reper Timatinin Rusiyadan getməsinə münasibət bildirib.
Axşam.az xəbər verir ki, reperin hazırda Özbəkistanda olduğu bildirilir. Onun bu gedişinin Rusiyada qismən səfərbərlik elanı ilə eyni vaxta düşməsi sosial media istifadəçilərinin diqqətini çəkib.
Belə ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını açıq şəkildə dəstəkləyən Timatinin ölkəyə qayıtması və hərbi komissarlığa getməsi istənilib.
Sobçak isə onun ölkədə olmaması ilə bağlı xəbəri paylaşaraq "Qəhraman yalnız Puqaçova (red. - Rusiyanın Xalq artisti Alla Puqaçova)" yazıb. O, bununla bir müddət əvvəl Timatinin adı “xarici agent” siyahısına salınan şoumen həyat yoldaşı Maksim Qalkini dəstəkləyən Puqaçovanı tənqid etməsinə işarə vurub.
