"Sobçakın əllərində qan var"

"Sobçakın əllərində qan var"
1291 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı müxalif bloger və jurnalist Maykl Naki aparıcı Kseniya Sobçaka açıq məktub yazıb.

Axşam.az xəbər verir ki, Maykl onu Vladimir Putinin elan etdiyi qismən səfərbərliyi dəstəkləməkdə ittiham edib. O, teleqram kanalında bunları yazıb:

"Sənin əllərində qan var. Bu məsələyə müxtəlif tərəflərdən baxmaq nağılların məhkəmədə sənə kömək etməyəcək. İndi heç bir fərqli tərəf yoxdur. Yalnız iki tərəf var: ya həyat, ya da ölüm. Sən isə ölümün tərəfindəsən. Bunu heç kim unutmayacaq. Mən onun qayğısına qalacağam".

Qeyd edək ki, Sobçaq "Səfərbərlik. Hüquqlarımızı necə müdafiə edək" adlı proqramında vəkil qonaq çağırıb. Burada insanlara çağırış vərəqəsini aydınlaşdırmaq üçün hərbi komisarlığa getmək məsləhət verilib.