Məşhur amerikalı reper Artis Leon Ayvi (Coolio) 59 yaşında dünyasını dəyişib.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, o, sentyabrın 28-də vəfat edib. Los-Ancelesdə olan Artisin qəfildən halı pisləşib.
Hadisə yerinə təcili tibbi yardım gəlsə də, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə ifaçının ölümünə səbəb ürəyin dayanması olub.
Qeyd edək ki, Coolio yaradıcılığına 80-ci illərin sonlarında başlayıb. O, “Gangsta's Paradise” treki sayəsində dünya şöhrəti qazanıb.