3 yaşlı qızın öldürüldüyü cinayətdə Akalınla Anlı arasında gərginlik - Video

3 yaşlı qızın öldürüldüyü cinayətdə Akalınla Anlı arasında gərginlik  - Video
3366 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Demet Akalın ilə aparıcı Müge Anlı arasında gərginlik yaranıb. 

Axşam.şaz xəbər verir ki, "Müge Anlı ile tatlı sert" verilişində fahişəliyə cəlb olunmaq üçün iki azyaşlı övladı qaçırılan ananın qızları tapılıb. 3 yaşlı qızın öldüyü müəyyənləşdirilsə də, bir yaş yarımlıq qızı xilas etmək mümkün olub. Qız canlı yayımda polis əməkdaşları tərəfindən təslim alınıb. Həmin anların paylaşıldığı kadrlara isə Akalın sərt reaksiya verib.

O, "Bunu yayımlayırsınız, belə şey olar?! O uşaq belə alınar? Dəli olacağam, gedib anası alsın, qoyanda ağlı harada idi?!" deyə görüntüləri tənqid edib. 

Bundan sonra, Anlı ad çəkmədən ifaçının dediklərinə cavab verib:

"O uşaq elə alınar? Alınmaq məcburiyyətində idi. Uşaq orada alınmaz, qadın yuxarı çıxanda ayağı sürüşər düşər, uşağa nəsə olar, sonra da oradakı polis üçün deyərlər ki, "sən niyə almadın?". Bəzi şeylərdə mən ağlayacağıma, o ağlasın deyərlər".

Qeyd edək ki, sözügedən hadisədəki 3 yaşlı Lina adlı uşağın işgəncə ilə öldürüldükdən sonra soyuducuya qoyulmuş halda cansız bədəni tapılıb. Hadisə ilə əlaqədar 3 nəfər saxlanılıb. Cəsədin uşağa aid olduğunu yoxlamaq üçün gedən nənə Linanın bədənində siqaret izləri və başdan-ayağa gömgöy olduğunu bildirib. Onun sözlərinə görə, uşağı boynundan tutub silkələyiblər və nəticədə boynu qırılıb. Cəsəd isə 2 aydan çoxdur ki, soyuducuda saxlanılıbmış.