"Qadınların əxlaqlarının nəzarət altına alınmasına ehtiyac yoxdur"

"Qadınların əxlaqlarının nəzarət altına alınmasına ehtiyac yoxdur"
1672 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Ancelina Coli İranda sentyabrın 16-sı əxlaq polisi tərəfindən zorakılığa məruz qalan və dünyasını dəyişən 22 yaşlı Məhsa Əmini ilə başlayan aksiyalara münasibət bildirib.

Axşam.az xəbər verir ki, bu barədə aktrisa sosial media hesabında paylaşım edib.

"İranın cəsur, meydan oxuyan, qorxmaz qadınlarına hörmətlə.
 
Onilliklər boyu sağ qalan və müqavimət göstərən hər kəs, bu gün küçələrə çıxanlar, Məhsa Əmini və onun kimi bütün gənc iranlılar: Qadınların əxlaqlarının nəzarət altına alınmasına, ağıllarının yenidən tərbiyə edilməsinə və ya bədənlərinin idarə olunmasına ehtiyac yoxdur. Onlara zorakılıq və təhdid olmadan yaşamaq və nəfəs almaq azadlığı lazımdır" deyə, o, paylaşımında yazıb.

Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi İranda ictimai-siyasi vəziyyəti gərginləşdirib. Həmin gündən etibarən ölkənin bir çox şəhərində etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı daha üç qadın - 23 yaşlı Hananeh Kia, 33 yaşlı Qəzəli Çələvi və 20 yaşlı Hədis Nəcəfi öldürülüb.